Maşın motosikletlə toqquşdu: ölən var

Maşın motosikletlə toqquşdu: ölən var
HADİSƏ 21 Dekabr 2024 09:53

Ağstafada avtomobil motosikletlə toqquşub.

Sitat.info xəbər verir ki, 1963-cu il təvəllüdlü Elşad Əmirastan oğlu Hacıməmmədov idarə etdiyi VAZ-21099 markalı avtomobili ilə 2005-ci il təvəllüdlü Ruhin Veyis oğlu Sadıxzadənin idarə etdiyi “İJ Planeta 5” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.