Qazaxda traktor aşıb, 17 yaşlı sürücü ölüb

Qazaxda traktor aşıb, 17 yaşlı sürücü ölüb
HADİSƏ 20 Dekabr 2024 19:03

Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var.

Sitat.info xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan T-92 model traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.