Qadın bulvarda dənizə düşdü, xilas edildi - VİDEO

Qadın bulvarda dənizə düşdü, xilas edildi - VİDEO
HADİSƏ 20 Dekabr 2024 18:13

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.