Bakıda avtomobil piyada keçidində qadını vurdu

Bakıda avtomobil piyada keçidində qadını vurdu
HADİSƏ 20 Dekabr 2024 08:01

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü İsmayılova Günel Firuz qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Xəsarət alan İsmayılova xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirir.

Sürücü məsuliyyətə cəlb edilib.