Ukrayna Berdyansk və Tokmaka hücum etdi

Ukrayna Berdyansk və Tokmaka hücum etdi
Dünya 18 Dekabr 2024 21:40

Ukraynanın Silahlı Qüvvələri Berdyansk və Tokmaka hücum edib.


Bu barədə Zaporojye vilayətinin başçısı Yevgeni Balitski öz "Telegram" kanalında məlumat yayıb.

“Düşmən bir raketlə Berdyansk və üç raketlə Tokmaka hava zərbəsi endirməyə cəhd etdi”, - Balitski bildirib.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri bütün raketləri vurub. İlkin məlumatlara görə, hücum “Storm Shadow” raketləri ilə həyata keçirilib./Publika.az