1029-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1029-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Dünya 18 Dekabr 2024 17:21

Rusiya müharibənin 1029-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 650 təyyarəsi, 283 helikopteri, 37 910 PUA-sı, 590 zenit-raket kompleksi, 19 834 tank və digər zirehli texnikası, 1 501 reaktiv yaylım atəş sistemi, 19 803 artilleriya və minaatanı, 29 294 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.