Bakıda evdən 10 min manatlıq oğurluq OLDU

Bakıda evdən 10 min manatlıq oğurluq OLDU
HADİSƏ 18 Dekabr 2024 12:37

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.