"Qarabağ"ı İsveçdə 100-ə yaxın azarkeş dəstəkləyəcək

\"Qarabağ\"ı İsveçdə 100-ə yaxın azarkeş dəstəkləyəcək
İdman 12 Dekabr 2024 18:30

"Qarabağ"ı İsveçdə "Elfsborq"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçında 100-ə yaxın azarkeş dəstəkləyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun vaxtı bu rəqəmin arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.