Paşinyan yenə Konstitusiyanı dəyişdirməyi rədd etdi

Paşinyan yenə Konstitusiyanı dəyişdirməyi rədd etdi
SİYASƏT 10 Dekabr 2024 22:33

Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur.

Sitat.info  xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində yazıb.

“Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da öz qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”,-deyə Paşinyan qeyd edib./Musavat