Bakıdan uçan təyyarədə dəhşətli hadisə: 1 nəfər öldü

Bakıdan uçan təyyarədə dəhşətli hadisə: 1 nəfər öldü
HADİSƏ 05 May 2022 14:20

Səhər saatlarında Bakıdan Belarusun paytaxtı Minskə uçan təyyarənin sərnişininin vəziyyəti pisləşib. "В2740” səfər saylı təyyarə Rusiyanın Samara şəhərinə təcili eniş edib.

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, xəstə olan 64 yaşlı sərnişin "Kurumoç” hava limanında vəfat edib.

Hadisə ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Fakt araşdırılır.