Qəzzada ölənlərin sayı 44 min 612 nəfərə çatıb

Qəzzada ölənlərin sayı 44 min 612 nəfərə çatıb
Dünya 06 Dekabr 2024 16:56

İsrail ordusunun Qəzzaya hücumunda ölənlərin sayı son 24 saatda 32 nəfər artaraq 44 min 612-yə çatıb.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin Qəzza zolağına 427 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qırğında 32 nəfərin həyatını itirdiyi, 95 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 612-ə, yaralıların sayı isə 105 min 739-a yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Aytac,

Sitat.info