Bakıda körpüdə qadını avtomobil vurdu

Bakıda körpüdə qadını avtomobil vurdu
HADİSƏ 06 Dekabr 2024 09:06

Bakının Nizami rayonunda, “Əzizbəyov” körpüsündə qadını maşın vurub.

Hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Əzizbəyov” körpüsünün üzərində 1989-cu il təvəllüdlü Abbasova Pərvin Mahir qızı yol kənarı ilə hərəkət edərkən onu minik avtomobili vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)