Novxanıdakı partlayışda iki nəfər xilas edilib - Tanınmış şahmatçının valideynləridir

Novxanıdakı partlayışda iki nəfər  xilas edilib - Tanınmış şahmatçının valideynləridir
HADİSƏ 03 Dekabr 2024 09:18

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə zamanı yaralanan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.