Azərbaycan Koronavirus mübarizəsindən uğurla çıxdı - Peter Mixalko detalları açıqladı

Azərbaycan Koronavirus mübarizəsindən uğurla çıxdı - Peter Mixalko detalları açıqladı
Gündəm 04 May 2022 16:05

"Azərbaycan hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyasını uğurla icra edib, ölkə bu məsələdə regionda ən yüksək göstəricilərə malikdir".

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko mətbuat konfransında bildirib.

O, Avropa İttifaqının pandemiya dövründə Azərbaycana verdiyi dəstəyi də xatırladıb: “Koronavirusa qarşı mübarizə üçün texniki avadanlıq çatdırdıq, 7 mindən artıq həkim üçün təlimlər təşkil etdik. COVAX platforması çərçivəsində Azərbaycana 2 milyon doza peyvənd verildi”.