İstanbulda 3 nəfər saxta spirtli içkidən ölüb

İstanbulda 3 nəfər saxta spirtli içkidən ölüb
HADİSƏ 30 Noyabr 2024 10:36

Türkiyənin İstanbul şəhərində 3 nəfər saxta spirtli içkidən ölüb.

Sitat.info xəbər verir ki, saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən 11 zərərçəkəndən 3-ü xəstəxanada dünyasını dəyişib.

Polis keyfiyyətsiz spirtli içki satışı ilə məşğul olan 3 şübhəlini saxlayıb.

Qeyd edək ki, Türkiyədə və İranda saxta spirtli içkilərdən zəhərlənmələr və ölüm halları vaxtaşırı baş verir.