Xalq rəssamı vəfat etdi

Xalq rəssamı vəfat etdi
HADİSƏ 29 Noyabr 2024 08:59

Azərbaycanın xalq rəssamı Rafiq Nəsirov vəfat edib.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

O, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Biz qayıdacağıq” kimi filmlərdə rəssam, “Fəryad” filmində isə dekor rəssamı kimi çalışıb.