Sabirabadda ağır qəza: 5 nəfər xəsarət aldı

Sabirabadda ağır qəza: 5 nəfər xəsarət aldı
HADİSƏ 27 Noyabr 2024 09:30

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Sitat.info  xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.