İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
HADİSƏ 23 Noyabr 2024 21:32

12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Gəmilərin hərəkətinin dayandırılmasına səbəb suda balıqçı qayıqlarının torlarının bir-birinə dolaşması göstərilib.

Gəmilərin hər iki tərəfdən hərəkətinin tezliklə bərpa ediləcəyi bildirilib.