Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR

Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
SİYASƏT 23 Noyabr 2024 16:13

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bunlar, Xəyyam Fəxrəddin oğlu Məmmədov (birinci müavin), İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədovdur.

Bu münasibətlə qurumda iclas keçirilib və müavinlər kollektivə təqdim edilib.