11 gün əvvəl partlayışda xəsarət alan şəxs Bakıda xəstəxanada öldü

11 gün əvvəl partlayışda xəsarət alan şəxs Bakıda xəstəxanada öldü
HADİSƏ 23 Noyabr 2024 11:07

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.

Sitatinfo xəbər verir ki, noyabrın 12-də qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan Rakif İmran oğlu Cəfərov həkimlərin səylərinə baxmayaraq, ötən gecə Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 12-də Naxçıvanda, Babək rayonunun Cəhri qəsəbəsində baş verib. Hadisə nəticəsində evdə olan Rakif Cəfərov və oğlu Ramin Cəfərov qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıblar. Onlar vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yerləşdiriliblər.