Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu
HADİSƏ 16 Noyabr 2024 10:38

Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Zəlzələ Slyudyanka rayonunda, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 km məsafədə qeydə alınıb.

Yeraltı təkanlar Baykalsk, İrkutsk, Slyudyanka, Şelexovda 2-3 bal gücündə hiss olunub.

Dağıntı və tələfat qeydə alınmayıb.