Bərdədə gənc kanalda batdı - ANBAAN VİDEO

Bərdədə gənc kanalda batdı - ANBAAN VİDEO
HADİSƏ 01 May 2022 20:30

5 gündür ki, Bərdə rayonunda Qarabağ kanalında batan gəncin axtarışları davam edir. 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarılır. 

Sitat.info-ya verilən məlumata görə, kanalın yaxınlığında yem dükanında satıcı işləyən Elməddin Orucov kanalda yuyunarkən ayağı sürüşərək suya yıxılıb. Onun kanala düşməsi isə təhlükəsizlik kameralarına baxandan sonra bəlli olub. 
Sürüşərək kanala düşən Elməddin Orucov üzə bilmədiyi üçün boğulub. Kanalın dərinliyi 5-6 metrə çatdığı üçün özünü xilas edə bilməyib. 
Qeyd edək ki, 5 gündür axtarışlar davam etsə də cəsədi tapmaq mümkün olmayıb. 

Nərgiz,
SİTAT.İNFO