Türkiyədə əməliyyat: 150 nəfər saxlanıldı

Türkiyədə əməliyyat: 150 nəfər saxlanıldı
Dünya 09 Noyabr 2024 12:09

Türkiyədə sosial media platformaları, internet saytları və mesajlaşma tətbiqləri vasitəsilə narkotik maddə satanlara yönəlmiş Narkoçelik-47 əməliyyatı çərçivəsində 150 nəfər saxlanılıb, onlardan 142-si həbs olunub, 8-nin işi isə məhkəmə nəzarətinə verilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

O bildirib ki, əməliyyatlarda 783 nəfərlik heyət iştirak edib.