İsrail qırıcıları Hələbdəki hərbi zavodları vurdu

İsrail qırıcıları Hələbdəki hərbi zavodları vurdu
HADİSƏ 09 Noyabr 2024 11:36

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Hələb şəhərinin cənub-şərqində yerləşən hərbi obyektlərə aviazərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Suriyanın SANA agentliyi də hücumun İsrail qırıcıları tərəfindən edildiyini təsdiqləyib.

Digər təfərrüatlar açıqlanmır.