Toydan qayıdanlar qəzaya düşdü: yaralılar var - Rəsmi

Toydan qayıdanlar qəzaya düşdü: yaralılar var - Rəsmi
HADİSƏ 02 Noyabr 2024 22:30

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib.

Məlumata görə, rayonun Alakol kəndində, "Şevrolet Kruz" markalı avtomobil ağaca çırpılıb. Onlar toy mərasimindən qayıdırdılar.

Qəza nəticəsində, 2001-ci il təvəllüdlü N.Qurbanlı, 2000-ci il təvəllüdlü E.Hüseynov və həmyaşıdı Ş.Namazlı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.