Bıçaqla oynayan 5 yaşlı uşaq öldü

Bıçaqla oynayan 5 yaşlı uşaq öldü
HADİSƏ 02 Noyabr 2024 10:20

Şabran rayonunda bədbəxt hadisə baş verib.

“Sitat.info” Report-a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.