Bakıda qəza sıxlıq yaratdı - FOTO

Bakıda qəza sıxlıq yaratdı - FOTO
HADİSƏ 30 Oktyabr 2024 12:35

Nəsimi rayonunda Mustafayev küçəsi, tunelin içərisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.