Sərnişin öldü, təyyarə Bakıya məcburi eniş etdi

Sərnişin öldü, təyyarə Bakıya məcburi eniş etdi
HADİSƏ 30 Oktyabr 2024 09:40

Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.

Sitat.info  Report.az-a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Hazırda faktla bağlı araşdırma aparılır.