Moskvada silah səsləri eşidilir - İNSANLAR QORXU İÇİNDƏ

Moskvada silah səsləri eşidilir - İNSANLAR QORXU İÇİNDƏ
Dünya 26 Oktyabr 2024 21:45

Moskva yaxınlığındakı Puşkino mərkəzi parkında atışma səsləri eşidilib.

Bu barədə "İzvestiya" məlumat yayıb.

Bildirilir ki, polis iğtişaşlar törədən üç xuliqanı saxlayıb.

Şahidlərin sözlərinə görə, iki qrup gənc arasında münaqişə baş verib, daha sonra bu, əlbəyaxa davaya və atışmaya çevrilib.

Mümkün tələfat barədə hələ ki, məlumat yoxdur.//Oxu.az