Türkiyə Ankara terrorunun qisasını belə alır - Video

Türkiyə Ankara terrorunun qisasını belə alır - Video
HADİSƏ 24 Oktyabr 2024 11:20

Ötən gün Ankarada törədilən terrora cavab olaraq Türkiyə ordusu Suriya və İraqın şimalındakı PKK hədəflərini məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sözügedən əməliyyatlar çərçivəsində PKK/YPG-nin nəzarətində olan sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələr hədəfə alınıb. /Axar.az

Əməliyyatın görüntülərini təqdim edirik: