Polis Paşinyanın istefasını tələb edən vətəndaşları döydü: İrəvanda xalq AYAQLANDI

Polis Paşinyanın istefasını tələb edən vətəndaşları  döydü: İrəvanda xalq AYAQLANDI
SİYASƏT 28 Aprel 2022 23:18

Bu gün İrəvanda keçirilən etiraz aksiyasında polislə etirazçılar arasında qarşıdurma baş verib.

SİTAT.İNFO "Ria Novosti"yə istinadla xəbərinə görə, etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Müfalifət lideri Artur Vanesyan mərkəzi küçədə yürüşdən sonra aksiyanın başa çatdığını bildirib. Bundan sonra polislə qarşıdurma baş verib. Vanesyan aksiyaçıları təxribata uymamağa çağırıb.

“Məndə olan məlumata görə polis aksiyaçını vurub.Hakimiyyət aqoniya mərhələsində olduğundan bu cür addımlara əl atır” – deyə Vanesyan bildirib.(APA)