Azərbaycanda hərbi komissar saxlanıldı

Azərbaycanda hərbi komissar saxlanıldı
HADİSƏ 11 Oktyabr 2024 19:15

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

Sitat.info Qafqazinfo-ya əsasən bildirir ki, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.