İki avtomobil toqquşdu, biri reklam lövhəsinə çırpıldı

İki avtomobil toqquşdu, biri reklam lövhəsinə çırpıldı
HADİSƏ 11 Oktyabr 2024 19:04

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Oxu.Az-a əsasən xəbər verir ki, hadisə metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində onlardan biri yol kənarındakı reklam lövhəsinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.