Sumqayıtda qəza: moped sürücüsü öldü

Sumqayıtda qəza: moped sürücüsü öldü
HADİSƏ 11 Oktyabr 2024 18:25

Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sitat.info xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

Məlumata görə, idarəetmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.