Sabirabadda yük maşını kanala düşdü

Sabirabadda yük maşını kanala düşdü
HADİSƏ 11 Oktyabr 2024 18:06

Bu gün Sabirabadda qəza baş verib.

Sitat.info Unikal-a istinadla bildirir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili qarşısına çıxan maşını vurmamaq üçün manevr edərək yolun kənarındakı su kanalına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinə ziyan dəyib.