Qazaxda Belarus vətəndaşları arasında dava düşdü

Qazaxda Belarus vətəndaşları arasında dava düşdü
HADİSƏ 27 Aprel 2022 19:29

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.