Husilər İsrailə raket və pilotsuz təyyarələrə hücum etdi

Husilər İsrailə raket və pilotsuz təyyarələrə hücum etdi
Dünya 08 Oktyabr 2024 15:46

Yəmənin husi üsyançıları İsrailə raket və PUA ilə hücum etdiklərini bildirib.

Sitat.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Üsyançılar həmçinin Tel-Əviv və Eylat bölgələrindəki hədəflərə qarşı Jaffa və Samad 4 pilotsuz təyyarələrindən istifadə etdiklərini bildiriblər. Husilər əməliyyatların uğurla keçdiyini iddia ediblər. Onlar həmçinin İsrail Qəzza zolağı və Livana qarşı hərbi əməliyyatları dayandırana qədər hücumları davam etdirəcəklərinə söz verib.