Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
HADİSƏ 03 Oktyabr 2024 19:22

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Sitat.info , "Report" -a istinadən xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.