Ukraynada daha iki azərbaycanlı həlak oldu - Foto

Ukraynada daha iki azərbaycanlı həlak oldu - Foto
HADİSƏ 03 Oktyabr 2024 10:52

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba oğlu endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov

Fotoda Cəfər Mustafayev