Mahaçqaladakı partlayışda ölənlərin sayı artdı

Mahaçqaladakı partlayışda ölənlərin sayı artdı
HADİSƏ 28 Sentyabr 2024 16:15

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, sentyabrın 27-də axşam saatlarında Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Respublikanın başçısı Sergey Melikov partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edildiyi açıqlayıb.