Livana zərbə endirildi - 50 ölü - Yenilənib

Livana zərbə endirildi - 50 ölü - Yenilənib
HADİSƏ 23 Sentyabr 2024 15:27

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

Sitat.info  xəbər verir ki, bu barədə məlumatı “Walla” portalı yayıb. 

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

Məlumata görə, İsrail ordusunun Livanın cənubuna zərbələr endirməsi nəticəsində azı 50 nəfər həlak olub.

Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.