Türküstanda həbsxanada qiyam: 2 əsgər yaralandı

Türküstanda həbsxanada qiyam: 2 əsgər yaralandı
HADİSƏ 21 Sentyabr 2024 18:40

Qazaxıstanın Türküstan vilayətinin həbsxanalarından birində məhbuslar üsyan qaldırıblar.

Sitat.info xəbər verir ki, bu barədə “Tengri Nyus” məlumat yayıb.

Yerli Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata görə, məhbuslardan bəziləri saxlanma şəraitindən şikayət ediblər.

Qiyam zamanı Milli Qvardiyanın iki əsgəri və Kriminal-İcra Xidmətinin bir əməkdaşı yaralanıb. Hazırda adıçəkilən həbsxanada vəziyyət stabilləşib./ Axar.az