Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın

Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın
HADİSƏ 21 Sentyabr 2024 18:15

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, zəncirvari qəzada altı avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.