Qonşusunun evinin damını təmir edirdi, yıxılıb öldü

Qonşusunun evinin damını təmir edirdi, yıxılıb öldü
HADİSƏ 14 Sentyabr 2024 10:45

Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Nəzər İsfəndiyar oğlu Orucov qonşusunun evinin damını təmir edərkən yıxılıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.