Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb

Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
HADİSƏ 13 Sentyabr 2024 09:25

Saatlıda avtomobil iki yaşlı uşağı vurub.

Sitat.info xəbər verir ki, Elşən Əskərov VAZ-2106 markalı avtomobili arxa-arxa idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib.

Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.