Bakıda qəza - Bu prospektdə sıxlıq yarandı

Bakıda qəza - Bu prospektdə sıxlıq yarandı
HADİSƏ 11 Sentyabr 2024 09:04

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, qəza səbəbindən metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.