İlon Maskın Marsda şəhər quracaq: İlk uçuşlar bu tarixdə başlayır

İlon Maskın Marsda şəhər quracaq: İlk uçuşlar bu tarixdə başlayır
Dünya 09 Sentyabr 2024 09:51

SpaceX-in baş direktoru Elon Mask Starship raketinin 2026-cı ildə Marsa uçuşlara başlayacağını açıqlayıb. İlk buraxılışlar ekipajsız olacaq və beləliklə, Marsa təhlükəsiz eniş sınaqdan keçiriləcək. Enişlər uğurlu olarsa, insanların Marsa uçuşları dörd il ərzində başlaya bilər.

Sitat.info xəbər verir ki, bu barədə SpaceX-in sahibi İlon Mask sosial mediada bildirib

 Marsa enişin etibarlılığını yoxlamaq üçün uçuşların ekipajsız olacağını bildirən Mask, bu enişlərin yaxşı keçəcəyi təqdirdə kosmos şirkətinin 4 il sonra Marsa ilk ekipajlı uçuşları həyata keçirəcəyini əlavə edib.

 "Təxminən 20 il ərzində özünü təmin edən bir şəhər qurmaq məqsədi ilə uçuş sürəti bundan sonra eksponent olaraq artacaq" - milyarder deyib. 

 Nərgiz,

Sitat.info