İnternat məktəbində yanğın: Çox sayda uşaq yatarkən öldü
Keniyanın mərkəzində yerləşən internat məktəbinin 10-14 yaşlı uşaqların olduğu yataqxanada baş verən yanğında ən azı 18 şagird ölüb, 27 şagird xəstəxanaya yerləşdirilib.
Yanğın zamanı azı 18 şagird həlak olub, 27 şagird isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Naziri Kithure Kindiki bəzi uşaqların ətrafdakı evlərə sığındığını, lakin böyük travma yaşadıqlarını açıqladı.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Prezident Uilyam Ruto yanğının "dağıdıcı" olduğunu və günahkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Valideynlər səbirsizliklə məktəbin qarşısında övladlarından xəbər gözləyirlər.
Nərgiz,
Sitat.info