Zelenski: Poltavada ballistik raket hücumları nəticəsində 47 nəfər ölüb

Zelenski: Poltavada ballistik raket hücumları nəticəsində 47 nəfər ölüb
Dünya 03 Sentyabr 2024 18:40

Poltavada Rabitə İnstitutu və xəstəxanaya iki ballistik raketin düşməsi nəticəsində 47 nəfər ölüb, yaralıların sayı 206-a çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

Onun sözlərinə görə, institutun binalarından biri qismən dağılıb, insanlar dağıntılar altında qalıb.

"Mən hadisənin baş vermə şəraitinin tam və operativ şəkildə araşdırılması ilə bağlı göstəriş vermişəm", – V.Zelenski qeyd edib.