Borrelldən SON DƏQİQƏ Ukrayna AÇIQLAMASI

Borrelldən SON DƏQİQƏ Ukrayna AÇIQLAMASI
Dünya 29 Avqust 2024 12:54

“Avropa İttifaqı (Aİ) Ukraynaya 1,4 milyard avro vəsait göndərib”.

Sitat.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

O qeyd edib ki, bu məbləğin bir hissəsi Kiyevin hərbi təchizatı üçün Aİ ölkələrinə göndərilib:

“Biz artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri istifadə etməyə başlamışıq, Ukrayna və Aİ ölkələrinə hərbi təchizat üçün 1,4 milyard avro göndərilib”.

Cozep Borrell əlavə edib ki, Aİ Ukraynaya yardımla bağlı yanaşmanı dəyişir:

“Brüssel Aİ ölkələrinə Ukrayna üçün artıq ödənilmiş hərbi təchizatlara görə kompensasiya verməyəcək, lakin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən bu cür alışları əvvəlcədən maliyyələşdirəcək”./Musavat.com